Qətərdə təşkil olunan Asiya Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, C qrupunda "Neftçi"nin futbolçusu Ataa Caberin formasını geyindiyi Fələstin millisi Birləşmiş Ərəb Əmirlikləri yığması ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Ataa Caber də bu görüşün iştirakçısı olub.
29 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə Mohammed Raşidin əvəzinə meydana daxil olub. Caber 90+9-cu dəqiqədə sarı vərəqə də alıb.
Turnirdə ilk xalını qazanan Fələstin seçməsi qrupda 3-cü pillədə qərarlaşıb.

