"Bundan sonra "Neftçi"yə kim gəlsə, Mutudan pis ola bilməz"

19 Yanvar 2024 14:00 Neftçi 1 106
"Bundan sonra "Neftçi"yə kim gəlsə, Mutudan pis ola bilməz"

«Yeni baş məşqçinin «Neftçi»yə praqmatik futbol oynatmayacağına əminəm».

Bu sözlər «Sportinfo»nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, qonağı olduğu ATV kanalının «Futbolumuz» verlişində Miodraq Bojoviçin «ağ-qaralar»ın sükanı arxasına keçməsindən danışıb.

İ.Vaqifoğlu bildirib ki, bakılılarla 1,5 illik müqaviləyə imza atmış monteneqrolu çalışdırıcının baxımlı futbol oynadacağına inanır:

«Bundan sonra «Neftçi»yə kim gəlsə, Adrian Mutudan pis ola bilməz. Bojoviç uzun illər Rusiyada işləyib, müxtəlif komandalara rəhbərlik edib.

Təcrübəsi böyükdür. O, bugünlərdə verdiyi müsahibədə cəmi altı həftəyə ehtiyaclarının olduğunu söyləyib.

Düzdür, Bojoviçin işinə qiymət vermək üçün mövsümün sonunu gözləmək lazımdır, amma düşünürəm ki, biz tezliklə fərqli «Neftçi» görəcəyik.

Yeni baş məşqçi azarkeşlərin ondan nə istədiyini bilir».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti