«Şaxtyor»un yarımmüdafiəçisi Aleksey Kaşukun «Neftçi»yə keçidi baş tutmayıb.
Donetsk və Bakı klubları arasında aparılan danışıqlar nəticəsiz qalıb.
Buna səbəb Ukrayna təmsilçisinin 22 yaşlı orta sahə oyunçusuna görə tələb etdiyi təzminatdır. Belə ki, «Şaxtyor» yetirməsini 500 min avro qarşılığında 5 aylıq müddətə icarəyə verməyə hazır olduğunu bildirib.
«Ağ-qaralar» bu məbləği yarıbayarı aşağı salmağa cəhd göstərsə də, qarşı tərəf bu təkliflə razılaşmayıb.
SPORTİNFO.AZ

