"Neftçi"nin legioneri Kilan Lebon karyerasını başqa ölkədə davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, 26 yaşlı futbolçunun xidmətində “Rostov” maraqlıdır. Premyer Liqa təmsilçisi Kilanla rəsmi müqavilə imzalamaq niyyətindədir.
Lakin hələ ki, bu keçidin baş tutub-tutmaması dəqiqləşməyib. Məsələ burasındadır ki, “Neftçi” özü də Lebonun xidmətində maraqlıdır.
Onun “ağ-qaralar”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
Lebon karyerası ərzində “Paris”, “Şambli”, “Yonq Utrext”, “Kretey”, “Qazelle Ayaçço”, “Beroe”, “Astana” komandalarında oynayıb.

