“Kimin oynamasından asılı olmayaraq, “Neftçi”nin formasında meydana çıxan hər kəs canını qoyur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin braziliyalı legioneri Yuri Matias deyib.
O, mövsümün əvvəlində müdafiənin mərkəzində Mark Tamaşla yanaşı oynasa da, son vaxtlar Azər Salahlı ilə tandem təşkil edir.
“Sambaçı” tərəf müqabillərindən hansı ilə özünü daha rahat, müdafiəni güvənli hiss edir? Onu dinləyək:
“Düzünü deyim? Hər ikisi ilə. Azər də, Tamaş da təcrübəli futbolçulardır.
Hətta mənim oynayıb-oynamamağımla bağlı qərarı da baş məşqçi verir.Ona görə də bu mövzuda nəsə deyə bilmərəm”.

