“Neftçi”dən 5 aylıq icarə üçün yarım milyon avro istənildi - ŞOK AÇIQLAMA!

18 Yanvar 2024 16:00 Neftçi 2 939
“Neftçi”dən 5 aylıq icarə üçün yarım milyon avro istənildi - ŞOK AÇIQLAMA!

Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Aleksey Kaşukla maraqlanan klubların sayı artmaqdadır.

Ukrayna mətbuatının yeni iddiasına görə, daha 3 klub bu futbolçu üçün mübarizəyə qoşulub.

Yerli həmkarlarımızın yazdığına görə, onlardan 2-si Azərbaycan təmsilçisidir.

“Neftçi”dən sonra “Qarabağ” və Kaşukun sabiq komandası “Sabah” onun transferi üçün çalışır.

Bundan başqa, İsveçrənin “Bazel”, Yunanıstanın PAOK, Xorvatiyanın “Hayduk” klubları Kaşuku heyətə qatmaq istəyir.

Alekseyin “Şaxtyor”la sözləşməsi mövsümün sonuna qədərdi. O, 2022-23 mövsümündə “Sabah”ın formasını geyinib.

“Neftçi”nin yarımmüdafiəçini istədiyi bir müddət əvvəl yazılırdı. Saytımız bu proseslə bağlı yeni məlumat əldə edib.

“Şaxtyor” rəhbərliyinə yaxın menecerlərdən birinin redaksiyamıza verdiyi məlumata görə, “ağ-qaralar“ 22 yaşlı orta sahə oyunçusuna görə Donetsk təmsilçisi ilə əlaqə saxlayıb.

“Şaxtyor” başbilənləri bakılı həmkarlarına bu keçidin mümkünlüyünü bildiriblər. Ukrayna tərəfi 6 aylıq icarə müqaviləsi üçün 500 min avro təzminat ödənilməsini istəyiblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti