"Neftçi"də forma geyindi, “Torino”nun maraq dairəsinə düşdü

18 Yanvar 2024 19:20 Neftçi 1 445
"Neftçi"də forma geyindi, “Torino”nun maraq dairəsinə düşdü

“Neftçi”nin sabiq legioneri Mateus Saldanya İtaliya A seriyasında çıxış edə bilər.

Sportinfo.az-ın “torinogranata.it” saytına istinadən məlumatına görə, Serbiya “Partizan”ının hücumçusu “Torino”nun maraq dairəsinə düşüb.

Turin klubu hücum xəttindəki boşluğu 24 yaşlı braziliyalı ilə doldurmaq niyyətindədir.

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi də ölkəsinin mətbuatına açıqlamasında Saldanya barədə müsbət fikirlər səsləndirib.

Onu “Neftçi”nin heyətində bir neçə dəfə izlədiyini bildirən italiyalı mütəxəssis Serbiya çempionatında da yüksək performans sərgilədiyini vurğulayıb.

Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirib. Onun “Partizan”la müqavilə müddəti 2027-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti