"Neftçi" rəhbərliyinin onunla vidalaşması labud idi, doğru addım atdılar"

18 Yanvar 2024 14:40 Neftçi 1 142
"Neftçi" rəhbərliyinin onunla vidalaşması labud idi, doğru addım atdılar"

«Neftçi»nin baş məşqçi dəyişikliyinə getməsi labüd idi».

Bu fikirlər «Sportinfo»nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Adrian Mutunun paytaxt təmsilçisindən ayrılmasına münasibət bildirib.

İ.Vaqifoğlu deyib ki, rumıniyalı mütəxəssis gepniş imkanlara və çoxsaylı transferlərə baxmayaraq, ondan istənilən komandanı qurmağı bacarmayıb:

«Mutu gəldiyi ilk gündəcə çox böyük vədlər vermişdi. Çempion olacaq, kubok qazanacaq, avrokuboklarda uğurlu çıxış edəcək «Neftçi»dən danışırdı.

Qısa bir müddətdə güclü komanda yaradacağını, baxımlı futbol oynadacağını deyirdi. Amma altı ay ərzində bunun tam əksini gördük.

Oynatdığı futbolla «Neftçi» azarkeşlərini özündən narazı saldı. Nəticələr də yaxşı olmadı, sabitlik çatmadı. Mutu təcrübəsiz məşqçidir.

Zaman göstərdi ki, «Neftçi»ni məqsədlərinə çatdıra bilməyəcək. Odur ki, «Neftçi»nin onunla vidalaşması yerinə düşdü.

Bu, belə də lazım idi. Rəhbərlik doğru addım atdı».

2023-cü ilin yayında Buxarest «Rapid»indən dəvət olunan 42 yaşlı mütəxəssis 2 illik kontrakta imza atmışdı. «Ağ-qaralar» rumıniyalı çalışdırıcı ilə Konfrans Liqasında iştirakına ikinci mərhələdə son verdi.

İlkin etapda «Jelezniçar»ı (Bosniya və Herseqovina) üstələyən bakılılar növbəti raunda «Beşiktaş»a uduzdu.

Premyer Liqada da Mutu «Neftçi»yə istəniləni vermədi. Mövsümün ilk hissəsini turnir cədvəlinin 3-cü pilləsində başa vurdular.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti