“Mənə dedi ki, “Neftçi”yə get” – Yeni transfer

17 Yanvar 2024 23:20 Neftçi 1 022
“Mənə dedi ki, “Neftçi”yə get” – Yeni transfer

"Neftçi"nin yeni transferi Alfa Konte klub televiziyasına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, syerra leoneli vinger ilkin təəssüratlarını bölüşüb. 23 yaşlı futbolçu "Neftçi"ni seçməsi haqda fikirlərini bildirib:

"Təəssüratlarım çox yaxşıdır. Düşünürəm ki, mənim üçün çox yaxşı təcrübə olacaq.

Burada yaxşı atmosfer var. İlk dəfədir bu şəhərdə oluram.

Amma səmimi deyim ki, çox gözəl şəhərdir. "Neftçi" çox yaxşı klubdur.

Sadəcə, düşüncələrim mənə dedi ki, get. Fikirləşdim ki, mənim üçün ən yaxşısı budur.

Yəni düşüncələrimin arxasınca getdim. İnandım ki, bu, mənim üçün yaxşı təklifdir və bunu qəbul etməliyəm".

Konte "Neftçi"yə keçməmişdən əvvəl bir zamanlar "ağ-qaralar"ın heyətində çıxış etmiş həmyerlisi Julias Vobayla məsləhətləşdiyini bilsirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...