“Neftçi” qış fasiləsində ilk transferinin anonsunu etdi.
Alfa Kontenin bundan sonra “ağ-qaralar”ın uğurları üçün tər tökəcəyi barədə klubun sosial media hesablarında elan verildi.
Futbolçunun yaşı, karyerası, hansı nömrə altında mübarizə aparacağı qeyd olunsa da, onunla hansı müddətdə müqavilə bağlanması barədə məlumat yoxdur. Bu sual azarkeşlərin marağına səbəb olub.
Syerra Leone millisinin də şərəfini qoruyan cinah yarımmüdafiəçisi ilə 2,5+1 il müddətində anlaşma əldə olunub.
Yəni, sözləşmənin əsas hissəsi 2026-cı ilin yayına qədərdir. Alfa həmin müddətə qədər özünü yaxşı tərəfdən göstərə bilsə, tərəflərin razılığına əsasən müqavilə 1 illik uzadılacaq.
Mövsümün ilk yarısını Bolqarıstan “Lokomotiv Plovdiv”ində keçirən afrikalı ötən ilin iyulundan dekabrına qədər şans qazandığı 20 oyuda 4 qol və 3 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

