“Neftçi”də Melano ilə Şinyaşiki üçün nümunə: “Hər işə ürəyimi qoyuram”

17 Yanvar 2024 19:00 Neftçi 1 974
“Neftçi”də Melano ilə Şinyaşiki üçün nümunə: “Hər işə ürəyimi qoyuram”

Şimali və Cənubi Amerikadan gələn futbolçular üçün Azərbaycanda mühitə uyğunlaşmaq müəyyən zaman alır.

İndiyə qədər Braziliya, Argentina, Ekvador kimi ölkələrdən bura gələn o qədər əcnəbi görmüşük ki, potensialı olsa da, heç cür özünü göstərə bilməyib.

“Neftçi”nin yarımmüdafiəçi Dieqo Valdez hələ ki təəccübləndirməkdədir.

30 yaşlı futbolçunun karyerası Paraqvayla Meksikaya bağlıdır. Və 11 illik karyerasında ilk dəfə Avropada top qovmaq şansını əldə edib.

“Neftçi”yə onunla eyni vaxtda gələn Lukas Melanodan fərqli, komandasının ən yaxşılarındadır ki, öz oyunu ilə azarkeşlərin sevgisini qazanmağı bacarıb.

Valdez Sportinfo.az-a açıqlamasında “sürətli inkişaf”ın sirrini söyləyib:

“Cənubi amerikalılar bir az fərqli olurlar. Üz tutduqları ölkəyə və məkana daha tez uyğunlaşmağa çalışırlar.

Başqalarının adından danışa bilmərəm, mən beləyəm. Bakıya ilk gəldiyim gündən bütün fikrimi işimə yönəltdim.

Ancaq məşqlər və oyunlar haqda düşünürəm, başqa heç nə. Və ən əsası, gördüyüm hər işə ürəyimi qoyuram.

Bu yerdə “Neftçi”dəki möhtəşəm ab-havanı da qeyd etməliyəm. İlk gəldiyim gündən komanda yoldaşlarım məni çox xoş qarşıladılar.

Sanki neçə illərdir tanıyırlarmış kimi. Eyni dildə danışdığımız futbolçuların olması da işimi rahatlaşdırdı”.

“Ağ-qaralar”ın heyətində Cənubi Amerika ölkələrindən 4 futbolçu çıxış etsə də, aralarından Yuri Matiasla Dieqo Valdez hələ ki ümidləri doğruldur. Lukas Melano ilə Andre Şinyaşikinin isə yaydan bu yana uyğunlaşma dövrünü keçməyə çalışırlar.

HƏBİB, Antalya

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!