"Ayrılan büdcəni belə rahat xərcləməli deyil" - "Neftçi" haqda VİDEO

17 Yanvar 2024 17:40 Neftçi 931
"Ayrılan büdcəni belə rahat xərcləməli deyil" - "Neftçi" haqda VİDEO

«Neftçi» bu il çox rahatdır, xüsusən maliyyə baxımından».

Futbol eksperti Emin Abbasov belə deyib.

O, ATV kanalında efirə gedən «Futbolumuz» verlişinin son buraxılışında paytaxt təmsilçisinin cari durumundan danışıb.

Tanınmış teleşərhçi bildirib ki, kluba sponsorlar tərəfindən yetərincə büdcə ayrılıb:

«Mən rəhbərlikdə bir rahatlıq görürəm. Millidəki yanaşma bura da aiddir.

Həm milli, həm də «Neftçi» neft şirkət tərəfindən maliyyələşdirilir. Birbaşa dövlətə bağlıdırlar.

Bu maliyyə ilə belə rahat davranmaq olmaz. Biz bunun mənfi tərəfini AFFA-da görürük».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...