“Neftçi”yə görə yolunu Bakıdan salan rusiyalı: “Soruşdum, cavab verdilər ki…“

17 Yanvar 2024 13:20 Neftçi 1 428
“Neftçi”yə görə yolunu Bakıdan salan rusiyalı: “Soruşdum, cavab verdilər ki…“

“Zenit”in müdafiəçisi Artur Çernıy “Neftçi” ilə Bakıda keçirilmiş yoldaşlıq görüşünü (1:2) xatırlayıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan rusiyalı futbolçu paytaxtımızda gördükləri haqda bunları deyib:

"İlk dəfə idi ki, Azərbaycana gedirdim. Bakı çox gözəl şəhərdir.

Əslində, valideynlərimdən soruşmuşdum. Onlar mənə dedilər ki, son illər Bakı çox dəyişib.

Həqiqətən mən çox gözəl şəhərin şahidi oldum.

Əsas komandada oynamağa gəlincə, bu, mənim üçün qeyri-adidir. Çünki “Zenit” Rusiyanın ən yaxşı klubudur.

Bu, təkcə çağırış deyil, həm də mənim arzumun həyata keçməsi deməkdir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!