“Neftçi" rəsmiləri məndən bu hücumçu haqda soruşdular, dedim ki…“ - Eks baş məşqçi

17 Yanvar 2024 12:40 Neftçi 1 298
“Neftçi" rəsmiləri məndən bu hücumçu haqda soruşdular, dedim ki…“ - Eks baş məşqçi

"Neftçi"nin italiyalı hücumçu Andrea Kompanyonu transfer etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın sabiq baş məşqçisi Adrian Mutu FCSB-nın forvardı ilə bağlı Rumıniya mətbuatına məlumat verub.

O, "Digi Sport"a verdiyi açıqlamada "Neftçi"dən Kompanyo haqda ondan məlumat aldıqlarını bildirib:

"Bu haqda eşitmişəm. “Neftçi" rəsmiləri məndən Andrea Kompanyo haqda soruşdular.

Onlara dedim ki, bəli, o, ötən mövsüm Duqandziçlə bombardirlik titulu uğrunda mübarizə aparan futbolçudur".

FCSB Andrea Kompanyonu 2022-ci ilin yayında "Universitatya Krayova"dan transfer edib.

27 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol vurub. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!