Syerra Leone millisinin vingeri Alfa Konte ilə dünən müqavilə imzalayan «Neftçi» Brayan Morenonun tibbi baxışdan keçməsini gözləyir.
Bakılıların 24 yaşlı kolumbiyalı forvardla bağlayacağı kontraktın müddəti də məlumdur.
Cənubi amerikalı forvardın sağlıq durumunda problem ortaya çıxmasa, 3,5 illik anlaşma rəsmiləşəcək.
Onun son klubu MOİK (Sofiya) olub. 185 sm boya sahib mərkəz hücumçusu hazırda azad agent statusu daşıyır.
Moreno 2023/2024 mövsümünün ilk yarısında 3 dəfə meydanda olsa da, bundan əvvəlki çempionatda 936 dəqiqə forma şansı qazanıb və bu müddətdə 9 qola imza atıb.
SPORTİNFO.AZ

