"Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Sportinfo.az xəbər verir ki, Syerra Leone milli komandasının futbolçusu Alfa Konte ilə müqavilə imzalanıb.
23 yaşlı sol vinger "Neftçi"nin heyətində 20 nömrəli formanı geyinəcək.
Alfa Konte son olaraq Bolqarıstanda - "Lokomotiv"də (Plovdiv) çıxış edib.
O, cari mövsümdə Plovdiv təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

