“Neftçi”də iş və məsuliyyət çoxdur, amma yorucu deyil”

16 Yanvar 2024 21:00 Neftçi 737
“Neftçi”də iş və məsuliyyət çoxdur, amma yorucu deyil”

“Neftçi”də işləyə bilmək üçün məşqçilik bacarığı ilə yanaşı, psixologiyanı da yaxşı bilməlisən”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Emil Babayev deyib.

Bundan sonra “Neftçi”nin məşqçilər korpusunda bir yox, iki azərbaycanlı məşqçi yer alacaq.

Sənan Qurbanov hələ Adrian Mutunun dönəmində rumın çalışdırıcının köməkçilərindən biri idisə, Miodraq Bojoviç qapıçılar üzrə məşqçini ölkə xaricindən gətirməyə ehtiyac duymadı.

“Çərçivə”ylə bağlı məsələyə vaxtilə “Neftçi”nin əvəzedici komandasında, “Rəvan”, “Simurq”, “Sumqayıt” kimi elita təmsilçilərində, Rusiya ÇSKA-sının akademiyasında çalışmış Emil Babayev nəzarət edəcək.

42 yaşlı mütəxəssi bildirib ki, “Neftçi”də işləməyin yükü çox ağırdır:

“Bura elə yerdir ki, hər futbolçu ilə öz dilində danışmalısan. Hərəsinə öz üslubunda yaxınlaşmalısan.

Gənc qapıçıların “ulduz xəstəliyi”nə tutulmamasına xüsusi diqqət ayırmalısan. “Neftçi”də iş və məsuliyyət çoxdur.

Amma yorucu deyil, maraqlıdır. Onsuz da, işlədiyim hər yerdə çətinliklər görmüşəm, öyrəşmişəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti