Məşhur klub bu legioneri “Neftçi”nin əlindən alır?

16 Yanvar 2024 22:40 Neftçi 3 124
Məşhur klub bu legioneri “Neftçi”nin əlindən alır?

Adı “Neftçi” ilə birgə hallanan Aleksey Kaşuk Yunanıstan klubu PAOK-a keçir.

Sportinfo.az-ın “sport24.gr” saytına istinadən məlumatına görə, ölkəsində “Şaxtyor”un formasını geyinən 23 yaşlı yarımmüdafiəçi PAOK-la müqavilə bağlamağa yaxındır.

“Sabah”ın sabiq oyunçusunun donetsklilərlə sözləşməsinin müddəti mövsümün sonuna qədər olsa da, Saloniki klubu onu qış fasiləsində heyətinə qatmağı planlaşdırır.

Tərəflər arasında danışıqların son mərhələdə olduğu bildirilir.

Bir neçə gün əvvəl “Dalmatinskiportal” nəşri “Neftçi” və Xorvatiya klubu “Hayduk”un Aleksey Kaşuka transfer təklifi göndərdiyini yazmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...