"Neftçi" Mutunun istədiyi hücumçuya bu qədər PUL TƏKLİF EDİR!

16 Yanvar 2024 14:00 Neftçi 3 020
"Neftçi" Mutunun istədiyi hücumçuya bu qədər PUL TƏKLİF EDİR!

FCSB -in (Rumıniya) hücumçusu Andrea Kompanyo karyerasını "Neftçi"də davam etdirməyə çox yaxındır.

Bakılılar onun üçün Buxarest təmsilçisinə təklif göndərib.

FCSB Andrea Kompanyonu 2022-ci ilin yayında "Universitatya Krayova"dan transfer edib. 27 yaşlı forvard bu mövsüm meydana çıxdığı 22 rəsmi matçda 4 qol vurub.

Onun müqaviləsi mövsümün sonunda başa çatır. "Transferkarkt" saytında Kompanyonun dəyəri 2,3 milyon avro olaraq qiymətləndirilib.

Rumıniya mediası bakılıların 400 min avroluq təkliflə FCSB-in qapısını döydüyünü yazır. Gerçəkdə isə bu rəqəm iki dəfə azdır.

«Neftçi» 200 min avro qarşılığında sözügedən hücumçunu sıralarına qatmağa hazırdır.

Kompanyo hələ 3 ay əvvəldən «ağ-qaralar»ın diqqət mərkəzindədir. Adrian Mutu burada çalışdığı dönəmdə onun adını transfer siyahısına daxil edib.

Yeni baş məşqçi Miodraq Bojoviç bu keçidin əleyhinə çıxmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti