"Məni "Neftçi"dən qovmayıblar, qurban kimi görünmək istəmirəm, heç bir jest etmədim"

16 Yanvar 2024 11:00 Neftçi 898
"Məni "Neftçi"dən qovmayıblar, qurban kimi görünmək istəmirəm, heç bir jest etmədim"

"Mən yazılanları klubun xeyrinə düzəltmək istəyirəm.

Deyirdilər ki, çətin olan vaxtda məni qovublar, amma belə deyil, belə olmayıb".

Sportinfo.az "Digisport.ro" nəşrinə istinadən xəbər verir ki, bunu "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı mütəxəssis "ağ-qaralar"la vidalaşdığı dönəmi xatırlayıb:

"Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. O, dünyasını dəyişəndən sonra geri qayıtmayacağımı dedim.

Onda futbola marağım qalmadı. Mübahisə etmədik və heç bir jest etmədim.

Mən qurban kimi görünmək istəmirəm. Bu həqiqətdir. Həmin gün dərhal getmişdim".

Adrian Mutunun "ağ-qaralar"da müqaviləsi 2023-cü il dekabrın 24-də ləğv edilib. Komanda Monteneqrodan olan Miodraq Bojoviçə tapşırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti