“Neftçi”də narahatlığa son qoyuldu - SON DURUM

16 Yanvar 2024 16:40 Neftçi 3 690
“Neftçi”də narahatlığa son qoyuldu - SON DURUM

“Neftçi” Antalyadakı ikinci yoldaşlıq görüşünü də məğlubiyyətlə başa vurdu.

İlk matçda “Erzurumspor”a 1:3 hesabı ilə boyun əyən “ağ-qaralar” bu dəfə Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Valdhof Mannheym” önündə darmadağın oldu.

Bakılılar bu oyunu da zədəylə başa vurdu. İlk hissənin gedişində ayağında ağrılar hiss edən Rəhman Hacıyev əvəzlənməsini istədi ki, oyun yerinə meydana Andre Şinyaşiki daxil oldu.

“Sabah”la oyunda Qara Qarayev, Rizuan Mirzov, Ataa Caber kimi futbolçuların iştirak edə bilməyəcəyini nəzərə alsaq, Rəhman Hacıyevin yoxluğu “Neftçi” üçün ciddi itki olardı.

Amma yox. Narahatlığa gərək yoxdur. Həkim müayinəsindən sonra Rəhmanın zədəsinin ciddi olmadığı aşkarlanıb. Odur ki, 30 yaşlı futbolçu 19-cu turda meydana çıxa biləcək.

“Ağ-qaralar” yanvarın 21-də “Bank Respublika Arena”da “Sabah”la qarşılaşacaq. Oyun saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİN FO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti