“Lokomotiv”in direktoru “Sportinfo“nun xəbərini təsdiqlədi: “Neftçi” ilə anlaşdıq“

15 Yanvar 2024 11:40 Neftçi 5 787
“Lokomotiv”in direktoru “Sportinfo“nun xəbərini təsdiqlədi: “Neftçi” ilə anlaşdıq“

“Lokomotiv”in legioneri Alfa Konte “Neftçi”yə keçib.

Plovdiv təmsilçisinin icraçı direktoru Pavel Kolev “Dsport” nəşrinə açıqlamasında Sporrtinfo.az-ın dünən yaydığı xəbəri təsdiqləyib.

Klub rəsmisi Syerra Leone millisinin vingerinin keçidində bakılılarla anlaşdıqlarını doğrulayıb. 23 yaşlı oyunçunun “ağ-qaralar”a transferi rəsmiləşdirmək üçün bu həftə Bakıya gələcəyi vurğulanıb.

Ötən ilin yayında “Lokomotiv”ə keçən Alfa Konte 13 oyunda 3 qol vurub.

Redaksiyamıza o da məlum olub ki, afrikalı “ağ-qaralar“ın yeni baş məşqçisi Miodraq Bojoviçin şəxsən öz seçimidir.

Dekabrın 24-də komandanın sükanı arxasına keçən monteneqrolu ilk olaraq Kontenin alınmasını istəyib. Danışıqlar iki həftə sürüb. “Neftçi“ öncə 100 min dollar təklif edib.

Bolqarıstan tərəfi bu məbləğlə razılaşmadığından, Azərbaycan təmsilçisi ödəməyə hazır olduğu rəqəmi iki dəfəyə yaxın artırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti