Yeni transfer “Neftçi“yə neçəyə başa gəldi?

15 Yanvar 2024 09:40 Neftçi 4 886
Yeni transfer “Neftçi“yə neçəyə başa gəldi?

“Lokomotiv”in Alfa Konteni Azərbaycan klubuna satmasını dünən xəbər vermişdik.

Bolqarıstan təmsilçisi Syerra-Leoneden olan vingerin “Neftçi“yə keçidinə “yaşıl işıq“ yandırıb.

“Lokomotiv“ rəhbərliyi cinah yarımmüdafiəçisi üçün yarım milyon bolqar levindən çox (təxminən 480 min manat) pul əldə etməyi qarşısına məqsəd qoymuşdu.

Sonda Plovdiv komandası 23 yaşlı afrikalının transferindən 300 min dollar civarında qazanca razılaşıb.

“Lokomotiv”də 13 oyun keçirən və 3 qol vuran Konte bugünlərdə Bakıya gələcək. Tibbi baxışdan uğurla keçərsə, onunla 2+1 illik müqavilə imzalanacaq.

Adıçəkilən legioner Azərbaycanda ilinə 200 min dollara kimi vəsait qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...