"Neftç"idə 4 qol vuran: "Nə deyim, yaxşı şeylərə görə ümidliyəm"

14 Yanvar 2024 22:20 Neftçi 993
"Neftç"idə 4 qol vuran: "Nə deyim, yaxşı şeylərə görə ümidliyəm"

«İlk növbədə komanda olaraq oyunumuzu və nəticələrimizi yaxşılaşdırmalıyıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin müdafiəçisi Yuri Matias deyib.

Ötən ilin yayında «ağ-qaralar»la 2 illik müqavilə imzalayan və Premyer Liqanın geridə qalan 18 həftəsinjə aktivinə 4 qol yazan braziliaylı legioner 2024-dən gözləntilərini dilə gətirib:

«Kollektiv şəklində meydanda istədiklərimizi edə bilsək, yaya qədər bunun nəticəsini mütləq görəcəyik.

Nə deyim, yaxşı şeylərə görə ümidliyəm.

İnanıram ki, 2024-cü ildə qarşımıza qoyulan hədəflərə çata biləcəyik. Bunun üçün nə bacarırıqsa, edəcəyik».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti