"Neftçi" bu qədər oyunçunu necə alıb? - VİDEO

14 Yanvar 2024 16:30 Neftçi 1 963
"Neftçi" bu qədər oyunçunu necə alıb? - VİDEO

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin qonağı olub.

Tanınmış media mənsubu ötən ilin yayında aparılan seleksiya fəaliyyəti barədə fikirlərini bölüşüb.

O bildirib ki, mövsümlərarası fasilədə həyata keçirilən seçimlərin komandanı gücləndirməsi gözlənilsə də, əksi baş verib.

E.Əfəndi yenilənən kollektivin nəticə və oyun mənasında ümidləri doğrultmadığını açıq söyləyib.

Müsahib qeyd edib ki, klubun büdcəsi haqda KİV-də çoxsaylı məlumatlar yayılıb, lakin bunlar da həqiqəti əks etdirmir.

«Neftçi»nin sözçüsü deyib ki, transfer çalışmaları ilə ayrıca şöbə məşğuldur və istənilən mövqelərə namizədlərin siyahısı müəyyənləşdirilərək baş məşqçiyə təqdim edilir, o da öz seçimlərini edir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti