"Neftçi"nin rəhbəri: "Təəssüf, mən onların adlarını çəkə bilmərəm" - VİDEO

14 Yanvar 2024 01:20 Neftçi 695
"Neftçi"nin rəhbəri: "Təəssüf, mən onların adlarını çəkə bilmərəm" - VİDEO

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov klubun televiziyasına açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri hazırda komandada pozitiv ab-hava olduğunu bildirib.

O, "Neftçi"nin hədəfləri haqda da danışıb:

"Komandada çoxdan idi müsbət atmosfer görmürdüm. İndi bunu görürəm.

Bu, çox xoş idi. Futbolçular komandaya pozitiv ruhla qayıdıblar. Ötən il çətin keçdi.

Buna baxmayaraq, 3-cü pillədə qərarlaşmışıq. Mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. İnanıram ki, yaxşı olacaq".

Fərrux Mahmudov klubun transfer planları barədə də danışıb:

"Yeni baş məşqçi ilə yanaşı, məşqçilər korpusu da burdadır. İdman departamentimiz 50-dən çox oyunçuya baxıb, 5-nə fokuslanıb.

Artıq 2 oyunçuya təklif göndərilib, bunlar hücumçulardır. Biri sağ vinger də oynaya bilir.

Təəssüf ki, adlarını çəkə bilmərəm. "Neftçi"dən ancaq qələbə gözləyirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!