"Neftçi" Antalyada təlim-məşq toplanışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Miodraq Bojoviçin baş məşqçilik etdiyi komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Valdhof”la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.
"Valdhof" Almaniya 3-cü liqasının turnir cədvəlində 20 xalla 16-cıdır.
"Neftçi" ilk yoxlama oyununda “Erzurumspor”a (Türkiyə) 1:3 hesabı ilə uduzub.

