Təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” bir neçə futbolçunun xidmətindən məhrumdur.
Ataa Caber Fələstin millisi ilə Asiya Kubokunda mübarizəyə hazırlaşır, Qara Qarayevlə Rizuan Mirzov isə zədələrinin müalicəsi üçün Serbiyadadırlar.
Klubun həkimi Şaiq Zöhrablı Sportinfo.az-a açıqlamasında sözügedən futbolçuların hazırkı durumu haqda danışıb, kollektivə qoşulacaqları tarixlə bağlı məlumat verib:
“Komanda Azərbaycana qayıdandan sonra Qara Qarayev də gələcək. Bakıda vəziyyətinə baxıb qərar verəcəyik. Çox güman, komandaya qoşulacaq.
Mirzova gəlincə, o da gələn həftə Bakıda olacaq. Müalicə və bərpa prosesləri davam edəcək. Komanda ilə nə vaxt məşq edə biləcəyinə müalicənin gedişatında aydınlıq gələcək”.
“Neftçi” Premyer Liqanın 19-cu turunda “Sabah”la qarşılaşacaq. Yanvarın 21-də “Bank Respublika Arena”da baş tutacaq oyunda Ataa Caber, Rizuan Mirzov və Qara Qarayev iştirak edə bilməyəcəklər.
HƏBİB

