"Neftçi" bu gün Antalyada alman ilə üz-üzə gələcək

13 Yanvar 2024 14:20 Neftçi 543
"Neftçi" bu gün Antalyada alman ilə üz-üzə gələcək

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçisi olduğu komanda Almaniya 3-cü Bundesliqa təmsilçisi “Sportverein Valdhof”la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

"Ağ-qaralar" ilk görüşündə Türkiyədən “Erzurumspor”a 1:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti