Aylıq 20 min avro maaş istədi, "Neftçi"nin təklifini qəbul etdi

13 Yanvar 2024 03:40 Neftçi 7 500
Aylıq 20 min avro maaş istədi, "Neftçi"nin təklifini qəbul etdi

“Neftçi”nin müdafiəçisi Yuri Matias yayda “Rapid”ə keçə bilərmiş.

Sportinfo.az “Digisport”a istinadən xəbər verir ki, Buxarest təmsilçisi futbolçunun aylıq 20 min avro (təxminən 37 min manat) maaş istəyini qarşılaya bilməyib.

Matias Rumıniya mətbuatına açıqlamasında gələcəkdə “Rapid”ə keçmək şanslarını dəyərləndirib:

“Hamı bilir ki, mən bura gəlməmişdən əvvəl də “Rapid”dən təklif almışdım. “Neftçi”ni seçdiyim üçün peşman olduğumu deyə bilmərəm.

Gələcəkdə hər şey mümkündür. Bu fürsəti yenidən əldə edəcəm. Futbolda hər şey ola bilər”.

Braziliyalı mövsümün əvvəlində “Neftçi” ilə iki illik müqavilə imzalayıb. O, bundan əvvəl “Amerika”, “Koimbra”, “Traktor”, “Qaz Metan”, “ÇFR Kluj” komandalarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti