"Neftçi"nin rəhbəri: "Gözümə ilk bu dəydi, mən bunu çoxdandır görmürdüm"

13 Yanvar 2024 01:50 Neftçi 1 123
"Neftçi"nin rəhbəri: "Gözümə ilk bu dəydi, mən bunu çoxdandır görmürdüm"

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov klubun televiziyasına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, komandanın hazırkı durumu, təlim-məşq toplanışı, transfer işləri və s. barədə danışıb:

"Gözümə ilk dəyən komandadakı pozitiv ab-hava idi. Bunu çoxdandır ki, görmürdüm.

Komanda birlik olmuşdu. Bu ab-hava çox xoş idi.

Əmin oldum ki, fasilə zamanı futbolçular öz ailələri ilə kifayət qədər vaxt keçiriblər. Ona görə də komandaya yaxşı əhval-ruhiyyə ilə qayıdıblar.

Çətin bir il idi. Bu çətinliklərə baxmayaraq, 3-cü pillədə qərarlaşdıq. Mövsümün qalan hissəsində mübarizəyə hazır olmalıyıq.

Hədəfimiz avrokuboklarda iştirak etməkdir. Gərgin mübarizəyə hazır olmalıyıq. İnanıram ki, yaxşı olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti