"Fənərbağça" "Neftçi"nin sabiq hücumçusunu istədi

13 Yanvar 2024 01:00 Neftçi 589
"Fənərbağça" "Neftçi"nin sabiq hücumçusunu istədi

"Neftçi"nin sabiq forvardı Mateus Saldanya karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi "X" hesabında bildirib.

Onun sözlərinə görə, "Fənərbağça" hazırda Serbiya "Partizan"ında çıxış edən 24 yaşlı hücumçu ilə maraqlanır.

İstanbul təmsilçisi braziliyalı forvard üçün rəsmi danışıqlara start verib.

Mateus Saldanya 2023-cü ilin ilk yarısında "Neftçi"nin uğurları üçün çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti