“Neftçi”nin əsas futbolçularından olan Ataa Caber komandadan ayrı düşüb.
Buna səbəb 28 yaşlı legionerin Fələstin millisinin düşərgəsində olmasıdır.
Qış təlim-məşq toplanışında Miodraq Bojoviçin sərəncamında olmayan Caberin “ağ-qaralar”a hansı tarixdə qoşulacağı sual doğuran məqamdır.
Sportinfo.az xəbər verir ki, bu, ən yaxşı halda yanvarın son günlərində ola bilər. Fələstin mübarizə apardığı Asiya Kubokunda qrup matçlarını yanvarın 14-ə İrana, 18-də BƏƏ-yə, 23-də Honk Konqa qarşı keçirəcək.
Caberin komandası növbəti mərhələyə yüksəlsə, Azərbayaca dönüşü fevrala qədər uzanacaq. Yox, qrupda qalsa, yanvarın 24-26-sı aralığında Bojoviçin sərəncamında olacaq.
Maraq üçün bildirək ki, asiyalı yarımmüdafiəçi əsas heyətdə möhkəmlənmək uğrunda Eddi İsrafilov, Qara Qarayev və Dieqo Valdeslə mübarizə aparacaq.
HƏBİB / SPORTİNFO.AZ

