“Neftçi”nin legioneri Yuri Matias Azərbaycan təmsilçisini “Rapid” dən (Rumıniya) üstün tutub.
Sportinfo.az xəbər verir ki, bunu braziliyalı müdafiəçi “Digi Sport” nəşrinə açıqlamasında deyib.
28 yaşlı mərkəz müdafiəçisi bildirib ki, 2023-cü ilin yayında Rumıniya klubu ÇFR onunla bağlı hər iki komandadan təklif alıb:
“Rapid”in təklifini rədd edərək “Neftçi”ni seçdiyim üçün peşman deyiləm. Futbol belədir, bu cür hallar gələcəkdə də ola bilər”.
Yuri Matiasın “Neftçi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

