Öncə "Qarabağ" elçi düşmüşdü, indi də "Neftçi" transfer etmək istəyir - ŞOK İDDİA!

12 Yanvar 2024 13:20 Neftçi 4 204
Öncə "Qarabağ" elçi düşmüşdü, indi də "Neftçi" transfer etmək istəyir - ŞOK İDDİA!

“Şaxtyor”un futbolçusu Aleksey Kaşuk karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az "Dalmatinskiportal"a istinadən xəbər verir ki, "Neftçi" 23 yaşlı yarımmüdafiəçiyə sərfəli təklif göndərib.

Xorvatiya nəşri "Hayduk"un da Kaşuku transfer etmək istədiyini bildirib. Oyunçunun az forma şansı əldə etdiyi üçün Donetsk təmsilçisindən ayrıla biləcəyi vurğulanıb.

"Qarabağ"ın da daha əvvəl futbolçu ilə maraqlandığı diqqətə çatdırılsa da, Split klubunun bu keçiddə əsas rəqibinin məhz "Neftçi" olduğu yazılıb.

Aleksey Kaşuk 2022/2023 mövsümündə "Sabah"da çıxış edib. O, Azərbaycan Premyer Liqasında keçirdiyi 31 oyunda 16 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti