"Neftçi"nin legioneri açıq söylədi: "Çempionata tam hazır deyiləm"

12 Yanvar 2024 11:20 Neftçi 924
"Neftçi"nin legioneri açıq söylədi: "Çempionata tam hazır deyiləm"

"Neftçi"nin legioneri Kilan Lebon klubun televiziyasına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, bir müddətdir zədədən əziyyət çəkən fransalı yarımmüdafiəçi öz durumundanQe danışıb və komandasının Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib:

"Hazırlığa individual məşqlərlə davam edirəm. Buna görə ümumi məşqlər haqda nəsə deyə bilmərəm.

Sevinirəm ki, komanda ilə birlikdəyəm və məşq edirəm. 2 gündür məşqlərə başlamışam, çempionata tam hazır olduğumu deyə bilmərəm.

Amma ümid edirəm ki, topanışın sonuna qədər hazır olacam. Azərkeşlərə təşəkkürümü bildirirəm.

Hər zaman dəstəklərini duyuruq. Onların nəticələrdən razı olmadığını bilirəm.

Ona görə də çalışacağıq ki, çempionatın ikinci hissəsində daha yaxşı çıxış edək".

"Neftçi" ilk yoxlama oyununda "Erzurumspor"a məğlub olub - 1:3. "Ağ-qaralar" ikinci sınaq matçında Almaniya 3-cü liqa təmsilçisi “Sportverein Valdhof”la qarşılaşacaq. Oyun yanvarın 13-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti