“Ailəsində problem olduğu üçün onunla danışa bilmədim və “Neftçi”dən getdi”

11 Yanvar 2024 20:20 Neftçi 2 627
“Ailəsində problem olduğu üçün onunla danışa bilmədim və “Neftçi”dən getdi”

“İşlər heç də yaxşı getmir, istədiyimiz mövqedə deyilik, amma turnir cədvəlində mütləq irəliləyəcəyik”.

bunu “Neftçi”nin braziliyalı legioneri Yuri Matias “gsp.ro” saytına açıqlamasında deyib.

Mövsümün əvvəlində Rumıniyanın ÇFR klubundan transfer edilən 28 yaşlı müdafiəçi qış fasiləsində istefaya göndərilən Adrian Mutunun gedişinə üzüldüyünü bildirib:

“Adrian Mutu ilə ayrılmaq çox çətin idi. Ailəsində problem olduğu üçün onunla şəxsən danışa bilmədim və getdi.

Amma buna öyrəşmişik, komandada işlər yolunda getməyəndə baş məşqçi istefaya göndərilir”.

Matias bu mövsüm çempionluğu qazanmalarının real olmadığını etiraf edib:

“Neftçi”nin hədəfi həmişə çempionluq olmalıdır. Təəssüf ki, bu, cari mövsüm çətin görünür.

Birinci pillədə qərarlaşan “Qarabağ” çox yaxşı komandadır. Onları Avropada uğurlu bir il gözləyir, biz isə daha çox qələbə qazanmaq üçün hazırlaşacağıq”.

Yuri Matias Premyer Liqanın ilk yarısında keçirdiyi 16 oyunda 4 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti