"Neftçi"nin canını qurtardığı USTA HİYLƏGƏR

13 Yanvar 2024 17:00 Neftçi 3 502
"Neftçi"nin canını qurtardığı USTA HİYLƏGƏR

"Sabah" yoxlama oyununda "Rapid"i məğlub etdi (2:1). Həmin komanda Azərbaycanda 8-ci yerdədir. İkinci yerdən bir xal geri qalan "Neftçi" ilə üçüncü sırada idim".

Bu fikirləri Rumıniya mətbuatına açıqlamasında "Neftçi"nin sabiq çalışdırıcısı Adrian Mutu deyib.

Atalar yaxşı deyiblər - utanmasan oynamağa nə var ki...

Mutunun əhvalatı lap buna oxşadı. Mən hələ abırlı, yox çox abırlı məsəl çəkdim.

Lakin ən pisini də dilə gətirmək olardı.

Bunu Mutu verdiyi açıqlaması ilə haqq edir.

Adam milyonların qarşılığında oynatdığı bərbad futboldan danışmaq əvəzinə, əlində turnir cədvəlini bayraq edib.

Özü də manipulyasiya edərək. Məsələn, komandanın 18 turdan sonra 6-cı pillədən cəmi 2 xal öndə olmasını yox, ikinci pillədən 1 xal geridə qalmasını deməsi kimi.

Ən azından komandasının milyonlar qarşılığında "Səbail", "Turan Tovuz" kimi komandalardan belə az qol vurmasına görə Mutunun utanması gərəkirdi.

Mutunun rəhbərliyi altında "Neftçi" o qədər bərbad çıxışla yadda qaldı ki, bunu hətta klubda futbola o qədər də yaxın olmayan/bilməyən rəsmilər belə anladı, gördü.

Yəni ötənlərin məşhur futbolçusu "Neftçi"ni bu qədər rəzil günə qoymuşdu.

Daha betərindən sığortalanmaq üçün küllü miqdarda təzminat da göz önünə alındı.

"Neftçi"nin mövsümün birinci yarısında bəxti onda gətirdi ki, "Qəbələ" gözləniləndən zəif çıxışla yadda qaldı.

Bölgə klubu ilə iki matçda əldə olunan 6 xal olmasaydı, indi "ağ qaralar" ikinci pillədən 1 xal geridə yox, bəlkə də sonuncu pillədən 1 xal öndə idi.

Bu qədər acınacaqlı mənzərədən bakılıları həm də Yuri Matias və Rəhman Hacıyevin fərdi ustalığı hesabın vurduğu qollar xilas etdi.

Vurulan 21 qoldan 9-u məhz bu ikilinin adındadır. Biri mərkəz müdafiəçisi, digəri də vinger.

Sadaladığımız-sadalamadığımız bütün biabırçılıqları görməzdən gələn ötənlərin usta futbolçusu, görünür, həm də usta hiyləgər imiş.

"Neftçi" belə birinə qapısını açmaqla böyük yanlışa yol vermişdisə, erkən göndərməklə ziyanın yarısında dönmüş olduğunu əminliklə demək olar.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti