Ramil Şeydayevi heyətinə cəlb etmək istəyən "Kocaelispor" daha bir azərbaycanlı futbolçu ilə danışıq aparıb.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1-ci liqa təmsilçisi "Neftçi"nin kapitanı Emin Mahmudovun da xidmətində maraqlı olub.
Həmçinin oxuyun: Ramil Şeydayevin Türkiyə klubuna keçdiyi iddia olunur
Xəbərdə qeyd olunub ki, Mahmudov özü bu keçidə müsbət yanaşsa da, "Neftçi" Türkiyə klubundan yüksək məbləğdə transfer haqqı istəyib.
"Kocaelispor" isə bu transferdən imtina edərək diqqəti Ramil Şeydayevin keçidinə yönəldib.

