"Neftçi"yə lazım olmadı, "məhəllə matçı"nda meydana çıxdı - FOTOLAR

9 Yanvar 2024 13:40 Neftçi 1 195
"Neftçi"yə lazım olmadı, "məhəllə matçı"nda meydana çıxdı - FOTOLAR

"Neftçi"nin yollarını ayırdığı Aaron Olanare qış fasiləsini Nigeriyada keçirib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu "məhəllə matçı"nın iştirakçısı olub.

Böyük azarkeş marağına səbəb matçda Olanare ilə yanaşı, Azərbaycan Premyer Liqasında yad olmayan daha bir futbolçu meydana çıxıb.

Aaron irəli ucda “Qəbələ”nin keçmiş hücumçusu Ceyms Adeneyi ilə komanda yoldaşı olub. Matç onların komandasının qələbəsi ilə yekunlaşıb.

həm Olanare, həm də Adeniyi hazırda klubsuzdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti