«Neftçi»nin sabiq idman direktoru Zaur Əzizovun istefası qəbul olunmayıb.
Klubun Müşahidə Şurası (MŞ) 2021-ci ilin dekabrında «Qəbələ»dən dəvət edilən, ötən ilin avqustunda vəzifədən götürülən funksioneri burada saxlamaq qərarı verib.
MŞ-nın üzvləri təcrübəsini və peşəkarlığını nəzərə alaraq, ona başqa iş tapışırblar. O, bundan sonra futbol komandaları və əməliyyatları üzrə direktor vəzifəsində çalışacaq.
Əzizov akademiyanın fəaliyyətinə nəzarət etməklə yanaşı, əsas komandanın transfer məsələlərində söz sahibi olacaq.
Kollektivi gücləndirə biləcək yerli və əcnəbi futbolçuların siyahısı bu şəxs tərəfindən müəyyənləşdiriləcək.
SPORTİNFO.AZ

