Mövsümün ikinci yarısında Türkiyənin Antalya şəhərinə hazırlaşan “Neftçi”nin Albaniyadan “Partizani” ilə yanvarın 9-na planlaşdırılan yoxlama oyunu baş tutmayacaq.
Sportinfo.az xəbər verir ki, Tirana təmsilçisi sınaq matçı üçün “ağ-qaralar”ın əvəzinə Rumıniyadan “Universitatya”nı seçib.
“Neftçi” Antalyadakı ilk yoxlama görüşündə Türkiyənin I Liqa təmsilçisi “Ərzurumspor”a 1:3 hesabı ilə məğlub olub.

