“Həyat yoldaşımın İranda stadiona girişinə icazə verilməyəcəkdi, “Neftçi”ni seçdim”

7 Yanvar 2024 21:40 Neftçi 1 304
“Həyat yoldaşımın İranda stadiona girişinə icazə verilməyəcəkdi, “Neftçi”ni seçdim”

“Orada ilk ilimdə 500 min, növbəti mövsümdə isə 600 min avro qazana bilərdim”.

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Neftçi”nin sabiq hücumçusu Melvin Platyeyə məxsusdur.

2013/14 mövsümündə Bakı klubunda çıxış etmiş niderlandlı legioner Azərbaycana gəlməzdən əvvəl İran klubundan da dəvət alıb:

“Amma bu, baş vermədi. Çünki mənim həyat yoldaşıma stadiona girməyə icazə verilməyəcəkdi.

Ona görə də Azərbaycanı seçdim. Bu, ailəm üçün ən yaxşı variant idi”.

Mərkəz hücumçusu olan 35 yaşlı forvard “Neftçi”də ümumilikdə 16 oyun keçirib və cəmi 1 qol vurub. Hazırda o, Nidarlandın 2-ci liqa təmsilçisi “AMF Amsterdam”da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!