"Neftçi" müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdi

7 Yanvar 2024 00:30 Neftçi 1 006
"Neftçi" müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdi

"Neftçi" Aaron Olanare ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Neftçi" Olanareyə göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Aaron Olanare mövsümün ilk yarısını "Neftçi"də keçirib. 29 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti