"Neftçi"də yolların ayrıldığı nigeriyalı forvarda elə iş təklif etdilər ki...

7 Yanvar 2024 20:20 Neftçi 6 284
"Neftçi"də yolların ayrıldığı nigeriyalı forvarda elə iş təklif etdilər ki...

"Neftçi" yay fasiləsində böyük ümidlərlə heyətə qatdığı Aaron Olanereni qış fasiləsində yola saldı.

Nigeriyalı forvard yeni baş məşqçi Miodraq Bojoviçə lazım olmadı.

29 yaşlı hücumçu arxada qalan yarım ildə meydana çıxdığı 15 oyunda 3 qol, 2 asistlə yadda qala bildi.

Legioner futbolçunun gedişi "ağ qaralar"ın fanatlarını əməlli-başlı sevindirib.

Axı aylardı qollar gözlədikləri hücumçunun kölgədə qalması onların səbr kasasını çoxdan daşırmışdı.

Fanatlar əcnəbi futbolçuya o qədər qəzəblidirlər ki, hətta klubun ən böyük azarkeş səhifəsinin adminin Olanarenin göndərilməsini "Hər şeyə görə təşəkkürlər" başlığı ilə paylaşmasını belə sərt tənqid ediblər.

İzləyicilər arasında sabiq "25 nömrə"nin ünvanına yumor dolu şərhlər yazanlar da olub:

"Mühafizəçi kimi gərək qalıb işləyərdi".

"Gözünüz aydın, "Neftçi" azarkeşləri".

"Təşəkkür etmək lazım deyil. Əksinə, o təşəkkür etsin ki, havayı pul qazandı".

"Buna sağ ol düşmür".

"Sağ əli Lukas Melanonun başına".

"Hər şey sözünü dırnaqda yazsaydınız daha doğru olardı".

"Ehtiyatda oturub futbola və bizə baxırdı. İmkan vermədiniz istirahətini eləsin".

"Şadlıq evlərinin qarşısında qapıçı kimi işləyə bilərdi".

"Gəldi, yedi-içdi, pulun da aldı və gedir".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti