“Neftçi” bu gün Türkiyədə ilk yoxlama oyununa çıxacaq

6 Yanvar 2024 16:05 Neftçi 839
“Neftçi” bu gün Türkiyədə ilk yoxlama oyununa çıxacaq

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki,Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Erzurumspor” ilə qarşılaşacaq.

Türkiyə təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.

Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti