Bojoviçin "Neftçi"də görmək istəmədiyi 3-cü futbolçunun kimliyi məlum oldu

6 Yanvar 2024 12:20 Neftçi 6 725
Bojoviçin "Neftçi"də görmək istəmədiyi 3-cü futbolçunun kimliyi məlum oldu

Ötən ilin dekabrında «Neftçi»nin sükanı arxasına keçən Miodraq Bojoviç ona lazım olmayan futbolçuların siyahısını müəyyənləşdirməklə məşğuldur.

Bakılılarla 1,5 illik müqavilə imzalayan baş məşqçi artıq «qara dəftər»inə üçüncü adı əlavə edib.

Monteneqrolu mütəxəssis Aaron Olanare və Lukas Melanodan sonra Andre Şinyaşikinin üzərindən qara xətt çəkib.

Balkanlı çalışdırıcı keçən 6 ayda cəmi 2 vurmuş braziliyalı hücumçunun oyun tərzinin ona uyğun olmadığı qənaətinə gəlib.

«Ağ-qaralar»ın Adrian Mutunun dönəmində keçirdiyi matçları tək-tək incələyən Bojoviç «sambaçı»nın qarşıdakı müddətdə əsas heyətə düşəcəyinə inanmır.

Üstəlik, o, xroniki zədələrdən əziyyət çəkir. Bojoviç tez-tez xəsarət alan və bu üzdən əsas heyətdə özünü göstərə bilməyən cənubi amerikalıya özünə komanda tapmasını istəyib.

Cənubi amerikalı yayda bura gəlib və 2 illik müqaviləyə imza atıb.

Andre Şinyaşiki karyerası ərzində indiyə qədər yalnız ABŞ-da çıxış edib.

Həm mərkəz hücumçu, həm də hücumameyilli cinah yarımmüdafiəçisi mövqelərində oynayan 27 yaşlı legioner San-Pauluda doğulub.

18 yaşında Denver Universitetində təhsil almaq üçün San-Pauludan ABŞ-yə köçüb və orada universitetin futbol komandasında çıxış edib.

Kolleclərdəki 2017 və 2018-ci illərdəki mövsümlərarası yay aralığında “Kolorado Repidz U-23”nin formasını geyinib.

2019-cu ilin yanvarın 11-də MLS-in Superdraftında Şinyaşiki birinci raundda beş nömrə altında “Kolorado Repidz” klubu tərəfindən seçilib.

Şinyaşikinin peşəkar debütü martın 2-də “Portlend Timbers”ə qarşı mövsümün açılış matçında baş tutub və həmin matçda o, “Kolorado Repidz”i məğlubiyyətdən xilas edib – 3:3. Bu qol MLS-in ilk həftəsinin ən yaxşı qolu seçilib.

Sentyabrın 7-də “Sietl Saunders”ə qarşı oyunda Şinyaşiki dubla imza ataraq komandasına 2:0 hesablı qələbə bəxş edib ki, bu da ona həftənin oyunçusu seçilməsinə səbəb olub.

31 matçda yeddi qol vurduğu və üç məhsuldar ötürmə verdiyi 2019-cu il mövsümünün sonunda Şinyaşiki MLS-də ilin ən yaxşı debütantı seçilib.

2022-ci ilin mayın 3-də ildə braziliyalı “Şarlott”a satılıb. O, “Şarlott”da debütünü Devid Bekhemin “İnter Mayami”sinə vurduğu qolla edib.

"Ağ-qaralar"ın maraq dairəsinə düşməsi haqqında məlumat aldıqdan sonra MLS təmsilçisinə azad agent statusu almaq istəyini bildirib və buna nail olub.

Məşhur "Transfermarkt" saytı Şinyaşikinin transfer dəyərini üç milyon avro göstərib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti