“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Rusiya klublarına yeni il arzularını çatdırıb.
Sportinfo.az xəbər verir ki, Bojoviç bu haqda “Sport24”-ün müxbiri Zarina Halimxonova ilə söhbətində deyib.
O, Rusiya komandalarına 2024-cü ildə beynəlxalq arenaya qayıtmağı arzulayıb.
“Rusiya futbolunun 2024-cü ildə Avropaya qayıtmasını arzulayıram. Belə ki, Rusiya millisi yenidən Dünya və Avropa çempionatlarının seçmə mərhələsində, klub komandaları isə yenidən Avropa və Çempionlar liqalarında çıxış etsin. Və həm də havanın yaxşı olmasını arzulayıram, ha-ha.
Şanslar varmı? Yuqoslaviya təcrübəsinə görə (bizə 2-3 il oynamağa imkan vermədilər) artır. Müharibə bitəndə idman öz yerinə tez qayıdacaq”, – Bojiviç deyib.
28 fevral 2022-ci il tarixində UEFA və FİFA Rusiya klublarına və milli komandalarına onların himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakı qadağan edib.

