Azərbaycan millisinin məşqçisi onlar üçün Türkiyəyə yollanacaq

5 Yanvar 2024 21:40 Neftçi 1 648
Azərbaycan millisinin məşqçisi onlar üçün Türkiyəyə yollanacaq

Azərbaycan millisinin məşqçisi Arif Əsədov klubların hazırlıq prosesini izləmək üçün Türkiyəyə yollanacaq.

AFFA-nın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 53 yaşlı mütəxəssis bu məqsədlə yanvarın 8-də Antalyaya gedəcək.

Ayın 13-dək Türkiyədə qalacaq A.Əsədov orada təlim-məşq toplanışında olacaq Premyer Liqa komandalarının yoxlama oyunlarını izləyəcək.

Mütəxəssis yanvarın 13-də Bakıya qayıdacaq və ölkə daxilində hazırlıq keçən kollektivlərin sınaq matçlarına baxacaq.

“Neftçi”, “Sabah”, “Səbail”, “Turan Tovuz” və “Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə, digər komandalar isə ölkə daxilində keçirəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti