"Neftçi”nin sabiq legioneri Melvin Platye Azərbaycana necə gəlməsi barədə açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı nidarlandlı hwcumçu ölkəsinin “Soccernews” nəşrinə müsahibəsində bu haqda danışıb.
2013/14 mövsümündə Bakı klubunda çıxış edən Platye deyib:
“Mən Polşaya, Bolqarıstana da gedə bilərdim. Yekunda Azərbaycanı seçdim.
Orada Çempionlar Liqasının təsnifat mərhələsində də oynadım. Mənə deyirdilər ki, Azərbaycana niyə gedirsən?
Orada müharibə var. Cavab verirdim ki, bu, mənə maraqlı deyil, mən orada yaxşı pul qazana bilərəm”.
Mərkəz hücumçusu olan Platye “Neftçi”də ümumilikdə 16 oyun keçirib və cəmi 1 qol vurub. Hazırda o, Nidarlandın 2-ci liqa təmsilçisi “AMF Amsterdam”da çıxış edir.

